Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025

Yaşar Gülər: "Paşinyan bu fürsətdən istifadə etsə, nəinki Ermənistan, həm də özü qazanacaq"

"Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizini ölkəsi üçün fürsət hesab etməyə başlasa, həm Ermənistan, həm də özü qazanacaq".

TNS xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

“Paşinyan anlamalıdır ki, fitnəkarlar onu döyüş meydanında tək qoyublar. Cəbhədəki hər məğlubiyyətdən sonra Paşinyan İrəvanda mövqelərini itirir”, - nazir bildirib.

Yaşar Gülər ​​qeyd edib ki, Ermənistanın baş naziri Zəngəzur dəhlizini öz ölkəsi üçün fürsət hesab etməyə başlasa və bu layihəni növbəti böhran səbəbinə çevirməyə son qoysa, bundan nəinki Ermənistan, özü də faydalanacaq: “Əks halda, hökumətin istefasını tələb edən, hər məğlubiyyətdən sonra İrəvan meydanlarını dolduran qəzəbli kütlə bir gün Paşinyanı devirə bilər”.