Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Nazir: “Kiprin tanınma prosesi başlayıb”

Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici işlər naziri Tahsin Ertuğruloğlu ölkəsinin tanınma prosesinin başladığını bildirib.

TNS AA-ya istinadən xəbər verir ki, BMT-nin Vaşinqtonda keçirilən iclasında Prezident Ersin Tatarla birlikdə iştirak edən nazir deyib ki, KKTC Türk Dövlətləri Təşkilatının (TDT) toplantısına ilk dəfə müşahidəçi üzv kimi qatılıb.

O, bunun KKTC-nin tanınması istiqamətində önəmli mərhələ olduğunu vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatının (İƏT) da müşahidəçi üzvüyük. Orada da yeni addımların atılmasını gözləyirik. Çətin bir prosesin başladığının fərqindəyik. TDT-da rəsmi adımız və bayrağımızla müşahidəçi üzv olmağımız çox önəmlidir. Təkcə Azərbaycanın yox, başqa dövlətlərin Kipri tanıma nöqtəsinə gələcəyinə təxmin edirik”.