Ərdoğan 10 il sonra ilk dəfə bunu etdi
50
23:14 - 27 Sentyabr 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Ankaradakı səfiri Əmr əl-Hamamini qəbul edib.
TNS Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Prezident Külliyyəsində baş tutub.
Qeyd edək ki, Türkiyə ilə Misir arasında 2021-ci ildə başlayan normallaşma prosesinin ardından iki ölkə iyul ayında əhəmiyyətli bir addım atıb.
İki ölkənin xarici işlər nazirlikləri 13 ildən sonra birgə bəyanatla çıxış edərək diplomatik əlaqələrin yenidən səfir səviyyəsinə yüksəldiyini açıqlayıb.