Close

14:21
09 May 2025
14:14
09 May 2025

Türkiyə İsveçə dəstək göstərəcək

ABŞ prezidentinin administrasiyası Ankaraya F-16 qırıcılarının satışının yolunu müəyyən etsə, Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq istəyini ratifikasiya etmək vədini yerinə yetirəcək.

TNS xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken ötən həftə Nyu-Yorkda İsveçin NATO-ya üzvlük müraciətini müzakirə ediblər.

Onun sözlərinə görə, ABŞ administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışını Ankaranın İsveçin müraciətini ratifikasiyası ilə əlaqələndirir.

"Əgər onlar (ABŞ) vədlərinə əməl etsələr, bizim parlament də vədinə əməl edəcək. İsveçin NATO-ya üzvlüyü məsələsində son sözü Türkiyə parlamenti deyəcək", - Türkiyə prezidenti qeyd edib.