Close

Hakan Fidan yerə düşən türk bayrağını belə götürdü - VİDEO

ABŞ-da beş ölkənin nazirlərini toplantısında iştirak edən Türkiyənin Xarici işlər naziri hakan Fidan əyilərək, yerə düşən türk bayrağını götürüb.

TNS “HaberGlobal”a istinadən xəbər verir ki, Nyu-Yorkda Meksika, İndoneziya, Koreya, Türkiyə, Avstraliyanın xarici işlər nazirlərinin toplantısından əvvəl şəkil çəkdirilərkən, Hakan Fidan yerdə türk bayrağının olduğunu görüb. Bayraq ayaq altında qalmasın deyə əyilərək bayrağı yerdən qaldırıb.

Qeyd edək ki, daha öncə Prezident Rəcəb tayyib Ərdoğan da bir zirvə toplantısında Türkiyənin bayrağını yerdən götürmüşdü.