Mənzildə 50 kq heroin aşkarlandı
97
11:28 - 23 Sentyabr 2023

Türkiyənin Antaliya şəhərində narkotiklərin qanunsuz dövriyyədən çıxarılması istiqamətində növəbti tədbirlər həyata keçirilib.
TNS yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı 50 kq heroin ələ keçirilib.
Polisə rezidensdə yerləşən mənzildə başqa şəhərdən gətirilən külli miqdarda narkotik olması barədə məlumat daxil olub. Keçirilən əməliyyatda mənzildə 50 kq heroin, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş alətlər aşkarlanıb, iki nəfər saxlanılıb.