Close

11:18
28 Aprel 2025
10:22
28 Aprel 2025
10:13
28 Aprel 2025
09:47
28 Aprel 2025

Türkiyədən 50 nəfərlik jurnalist heyəti Azərbaycana gəlir

Sentyabrın 11-dən Türkiyə Jurnalistlər Federasiyası (TGF), Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Jurnalistlər Cəmiyyətlərinin Mətbuat Vəqfinin birgə təşkilatçılığı ilə Türkiyədən 50 nəfərlik heyətin Azərbaycana səfəri başlayır.

TGF sədri Yılmaz Karaca TNS-ə bildirib ki, səfər sentyabrın 16-dək davam edəcək.

Bu müddətdə iki ölkənin jurnalistləri Türk Dünyası Jurnalistlər Şurasının 4-cü iclasında bir araya gələcək. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin məzarı, Şəhidlər xiyabanı ziyarət ediləcək, Diasporla İş üzrə Dövlət Komitəsində, Elmlər Akademiyasında, Türkiyənin Azərbaycandakı Səfirliyində, Mətbuat Şurasında və s. görüşlər keçiriləcək, nümayəndə heyəti Şuşaya gedəcək.

Sonda səfərin nəticələrinə dair mətbuat konfransı keçiriləcək.

Yılmaz Karaca deyib ki, rəhbərlik etdiyi Federasiya başda Türk cümhuriyyətləri olmaqla, müxtəlif ölkələrin jurnalistləri ilə birlikdə layihələr həyata keçirir: “Bu layihə ilə qardaş Azərbaycandakı həmkarlarımızla əlaqələrimizi daha da inkişaf etdirəcəyik”.