Hakan Fidan: "Türkiyə Ukrayna ərazilərinin işğalını tanımır"
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
TNS TRT Haber-ə istinadən xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı deyib.
Hakan Fidan Ukrayna taxılının idxalı üçün alternativ yollar axtarıldığını, ancaq bunun çox təhlükəli olduğunu qeyd edib.
""Taxıl dəhlizi" təşəbbüsünün bərpası Türkiyə üçün prioritetdir. Ankara bununla bağlı bütün tərəflərlə gərgin iş aparır",- deyə o bildirib.
Nazir əlavə edib ki, Türkiyə Ukrayna ərazilərinin işğalını tanımır və bu ölkəyə dəstəyini davam etdirir.