Türkiyədə sel nəticəsində 1 nəfər ölüb, 10 nəfər itkin düşüb
25
13:22 - 15 Mart 2023

Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub.
TNS “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb.
Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb.
Məlumata görə, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan edilib.