Ərdoğan və Baxçalı FHN-in xilasediciləri ilə görüşüb - VİDEO
29
18:03 - 20 Fevral 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün MHP lideri Dövlət Baxçalı ilə birlikdə Hataya səfər edib.
TNS xəbər verir ki, səfər zamanı Ərdoğan və Baxçalı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə də görüşüblər.
Türkiyə lideri azərbaycanlı xilasedicilərlə foto çəkdirib, onlara təşəkkürünü bildirib.
Qeyd edək ki, FHN-in qüvvələri indiyədək Kahramanmaraş və Hatayda dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıblar.