Ən çox bu ölkələrdən smartfon GƏTİRİLİR

Azərbaycan bu ilin birinci rübündə 82 milyon 837 min dollar dəyərində 261 min 576 smartfon idxal edib.
TNS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib.
Hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 73 min 266 ədəd və ya 21,9 faiz azdır.
2024-cü ilin birinci rübündə 93 milyon 657 min dollar dəyərində 334 min 842 ədəd smartfon idxal edilmişdi.
Aşağıdakı cədvəldə bu ilin birinci rübündə Azərbaycana idxal edilən smartfonun ölkələr üzrə miqdarı və məbləği verilib:
Çin – 168 905 ədəd (261 dollar)
Vyetnam – 36 295 ədəd (342 dollar)
Hindistan – 16 058 ədəd (215 dollar)
ABŞ – 952 ədəd (1 170 dollar)
İndoneziya – 75 ədəd (303 dollar)
Birləşmiş Ərəb Əmirlikləri – 38 ədəd (1 158 dollar)
Fransa – 26 ədəd (466 dollar)
Tailand – 20 ədəd (685 dollar)
Malayziya – 14 ədəd (1 508 dollar)
Koreya – 1 ədəd (1 420 dollar)