"WhatsApp"da ilk yaşandı
18
12:31 - 02 May 2025

Bu ilin aprelində "WhatsApp" tətbiqindən üç milyarddan çox insan istifadə edib. Bu da üç milyard istifadəçi sayını keçən bir neçə tətbiqdən biri olub.
TNS xəbər verir ki, bu barədə "Techcrunch" saytı məlumat yayıb.
"WhatsApp" hazırda aktiv istifadəçilərin sayına görə "Facebook"la eyni sırada qərarlaşıb.
Xatırladaq ki, "WhatsApp" 2009-cu ildə istifadəyə verilib və 2014-cü ildə "Facebook" tərəfindən 19 milyard dollara satın alınıb.
10 il ərzində servisin auditoriyası 15 dəfə artıb. Satın alındıqdan sonra istifadəçilərin sayı 200 milyondan üç milyarda yüksəlib.