Close

15:38
25 Aprel 2025
13:13
25 Aprel 2025

Məktəbli 1,5 milyon naməlum kosmik obyekt tapıb

ABŞ-də 17 yaşlı orta məktəb şagirdi Metyu Pas süni intellekt (AI) alqoritmini inkişaf etdirərək 1,5 milyon naməlum kosmik obyekt kəşf edib.

TNS xəbər verir ki, onun bu araşdırması "The Astronomical Journal" (TAJ) elmi jurnalında dərc olunub.

Məktəbli on ildən artıqdır ki, asteroidlərin axtarışı üçün səmanı skan edən NEOWISE teleskopunun məlumatlarını təhlil edib, dəyişən obyektləri - kvazarları, alov ulduzlarını və ikili sistemləri qeyd edib.

Daha sonra yeniyetmə məktəbdə öyrəndiyi maşın öyrənmə bacarıqlarından istifadə edərək, parlaqlıqda hətta incə dəyişiklikləri aşkarlaya bilən alqoritm yaradıb.

Alqoritm astronomların marağına səbəb olub.