"WhatsApp"da problemlər yarandı
19
19:51 - 12 Aprel 2025

Populyar "WhatsApp" mesencerinin işində problemlər yaranıb.
TNS xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları sübut edir.
Belə ki, son dəqiqələr ərzində mesencerin işindəki problemlərlə bağlı yüzlərlə şikayət daxil olub.
Bildirilir ki, istifadəçilərin 90%-dən çoxu mesaj göndərməkdə çətinliklərlə üzləşirlər. Həmçinin mesajların alınması və tətbiqlə bağlı da şikayətlər var.