Close

Ən çox istifadə edilən saytlar

Bu gün ən populyar sosial şəbəkələrə və ya axtarış sistemlərinə sahib olan şirkətlər milyardlarla istifadəçi ziyarətini böyük reklam gəlirlərinə çevirir.

TNS xəbər verir ki, “Similarweb” internet istifadəçilərinin daha çox hansı saytlarda vaxt keçirdiyini açıqlayıb.

“Google” dünyanın ən çox ziyarət edilən saytı olaraq qalmasına baxmayaraq, istifadəçilər “YouTube”da demək olar ki, iki dəfə çox vaxt keçirir, hər ziyarətə orta hesabla 20 dəqiqə 47 saniyə sərf edirlər.

Üçüncü yerdə 10 dəqiqə 59 saniyə vaxt keçirilən “Facebook” qərarlaşır.

Sonrakı yerdə orta ziyarət müddəti 12 dəqiqə 37 saniyə olan İlon Maskın ”X” sosial şəbəkəsi gəlir.

Sürətlə yüksələn ChatGPT isə dünyada yeddinci ən çox ziyarət edilən vebsaytdır. 2025-ci ilin yanvar ayına olan məlumata görə, o, 4,7 milyard aylıq ziyarətə və gündəlik bir milyard sorğuya malikdir. İstifadəçilər süni intellektlə işləyən chatbotla orta hesabla 6 milyon 7 saniyə vaxt sərf edirlər.