Close

13:47
29 Mart 2025
13:09
29 Mart 2025

Süni intellektin əvəz edə bilməyəcəyi 3 peşə

Süni intellektin dünya üçün əhəmiyyəti hər gün artdığı üçün bir çox peşənin inkişafı ilə tarixə düşəcəyi iddia edilir. Lakin süni intellektin bəzi peşələri ələ keçirə bilməyəcəyi düşünülür.

TNS xəbər verir ki, Microsoft-un amerikalı milyarder həmtəsisçisi Bill Qeyts süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşənin olduğunu bildirib.

Onun sözlərinə görə, bunlar - proqram təminatı, biologiya və enerji sahələrinə aid peşələrdir.  

Bill Qeyts bu sahələrin hələ də insan təcrübəsinə və müdaxiləsinə ehtiyac duyduğunu qeyd edib.

O, süni intellektin daha çox təkrarlanan işlərdə təsirli olduğunu, kompleks təhlil, texniki bilik və yaradıcılıq tələb edən işlərdə insan gücünü əvəz edə bilməyəcəyini vurğulayıb.