Close

Bu saytlarda təhlükəli viruslar aşkarlanıb - XƏBƏRDARLIQ

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) faylların konvertasiyasını təklif edən internet saytlarında yeni zərərverici proqram təminatının yayıldığı barədə xəbərdarlıq edib.

TNS xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, FTB Denver bölməsinin mütəxəssisləri, kiber-dələduzların şəkil, video və sənədlərin konvertasiyası üçün nəzərdə tutulan saytlara viruslar yerləşdirdiyini aşkarlayıb.

FTB ekspertləri qeyd edirlər ki, istifadəçilər çox vaxt iş-işdən keçənə qədər kompüterlərinin zərərli virusa yoluxduğunun fərqinə varmırlar, belə ki, bu cür saytlarda mövcud olan viruslar əməliyyat sisteminə düşdükə orada çox yaxşı maskalanır.