Süni intellektlə xərçəng olduğunu öyrəndi

Fransanın paytaxtı Parisdə yaşayan 27 yaşlı Marli Qarnreyter uzun müddət idi ki, səhhətində problem yaşayırdı. Tərləmə və dəri qaşınması ilə mübarizə aparan qadın bütün sağlamlıq problemlərini süni intellekt tətbiqinə yazıb.
TNS xarici mediaya istinadən xəbər verir ki, problemlərini həll edəcək bir qarışım və ya krem təklifi ala biləcəyinə ümid edən Marli ChatGPT-dən qan xərçəngi ola biləcəyinə dair cavab alıb
Uzun müddət bu iddiaya məhəl qoymayan gənc qadın nəhayət həkimə müraciət edib. Çoxsaylı testlərdən sonra onun sol ağciyərində kütlə aşkarlanıb.
Biopsiya alınıb və məlum olub ki, Marli nadir xərçəng növü olan Hodgkin Lenfoma ilə mübarizə aparır.