Ən ucuz “iPhone” bestseller oldu

“iPhone 16e” smartfonu satışda sələfindən yüzdə 60 daha uğurlu olub.
TNS xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin hesabatında fevralın sonunda təqdim edilən “iPhone 16e”nin satışlarının, sələfi “iPhone SE”nin satışlarından 60 faiz çox olduğu bildirilib.
Ən son cihaz 2022-ci ilin yazında təqdim edilib.
Məqalədə cihazın bestseller olmasının bir neçə səbəbi qeyd edilir. İlk növbədə, “iPhone 16e” ən ucuz “Apple” smartfonudur - onun dəyəri 599 dollar təşkil edir.
Smartfonu uzun müddət cihazlarını yeniləməyənlər alır.
Bundan əlavə,” iPhone 16e” korporativ istifadəçilər arasında məşhurdur.