“TikTok”da yeni funksiya- Saat 10-dan sonra...

“TikTok” sosial media platforması valideynlərə yeniyetmələrin proqramdan istifadəsinə nəzarət etmək və daha sağlam onlayn vərdişləri təşviq etmək üçün hazırlanmış yeni alətlərin istifadəyə verildiyini elan edib.
TNS xəbər verir ki, bu barədə Kanadanın “iPhone” nəşri məlumat yayıb.
Əsas yeni funksiyalar arasında gecə və ya məktəb saatları kimi günün müəyyən vaxtlarında valideynlərə “TikTok”a girişi əngəlləməyə imkan verən “Yuxu saatları” (Sleep hours) və “Uzaq vaxt” (Time Away) daxildir.
Valideynlər bloklama cədvəlini təyin edə biləcəklər. Bundan əlavə, valideynlər övladının kimi izlədiyini, kimin onları izlədiyini və hansı hesabların bloklandığını görə biləcəklər.
Bu, valideynlərə övladlarının “TikTok”da onlayn fəaliyyətinə daha çox şəffaflıq və nəzarət imkanı verəcək.
16 yaşdan kiçik yeniyetmələr üçün “TikTok” söndürmə funksiyasını təqdim edir. Onlar proqramdan axşam saat 22-dən sonra istifadə etsələr, ekranda sakitləşdirici musiqi ilə tam ekran xatırlatma görünəcək.
“TikTok” həmçinin istifadəçilərin yaşını yoxlamaq üsulunu təkmilləşdirmək üzərində işləyir və bəzi köhnəlmiş funksiyaları silməyi planlaşdırır.