Genişlənən ekranlı noutbuk təqdim olundu

Tayvanlı kompüter avadanlığı istehsalçısı və tərtibatçısı “Compal” şirkəti üfüqi istiqamətdə genişlənən, standart 14 düymlük ekranı ultra geniş 18 düymlü ekrana çevirən innovativ ekrana malik “Infinite Laptop” konseptini təqdim edib.
TNS xəbər verir ki, bu barədə “Liliputing” nəşri məlumat yayıb.
Ekranın genişləndirilməsi mexanizminin təfərrüatları hələ açıqlanmayıb.
Bununla belə, “Compal” konseptinin bu yaxınlarda qazandığı “IF Design Award” səhifəsində nümayiş olunan şəkillərə əsasən, ekran qatlana və kompüterin korpusunun sol və sağ tərəfinə hərəkət edə bilir. Ekranın mərkəzi hissəsi klaviaturanın üstündə sabit qalır.
Noutbukun qapağında həmçinin məqsədi göstərilməyən LED indikatorları görünür, lakin onların bildirişləri göstərmək üçün istifadə oluna biləcəyi güman edilir.