Close

22:59
15 Fevral 2025

İnstaqramda yenilik!

İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

TNS “TechCrunch”a istinadla xəbər verir ki, instaqramın baş direktoru Adam Mosseri “Threads” platformasındakı paylaşımında bəyənməmələrin sayının və şərhi kimin bəyənmədiyinin gizli qalacağını açıqlayıb.

O, həmçinin gələcəkdə şərhlər sıralanarkən bəyənməmələrin nəzərə alınacağını bildirib. Yeniliyin əsas məqsədi şərhlərin keyfiyyətini artırmaqdır.