Close

Apple ucuz telefon buraxacaq? - DETALLAR

Apple-ın büdcəyə uyğun iPhone SE seriyasına son əlavə 2022-ci ildə edilib və indi yeni nəsil SE modeli ilə bağlı şayiələr artır.

TNS xəbər verir ki, SE seriyası standart iPhone-lardan fərqli olaraq, hər il deyil, qeyri-müəyyən qrafiklə yenilənir. Buna baxmayaraq, yeni iPhone SE 4-ün 2025-ci ilin martında təqdim ediləcəyi ehtimal olunur.

Qiymət artımı gözlənilsə də, bu dəyişiklik əhəmiyyətli yeniliklərlə müşayiət oluna bilər. SE 4-ün dizayn baxımından iPhone 14-ə daha çox bənzəyəcəyi, daha keyfiyyətli kamera və daha yaxşı ekran xüsusiyyətlərinə malik olacağı bildirilir. Bundan əlavə, A18 çipi və 8 GB RAM kimi güclü texniki göstəricilər Apple Intelligence dəstəyini mümkün edə bilər.

Batareya tutumunun əvvəlki modeldən iki dəfə çox olması ehtimal edilir ki, bu da daha uzun istifadə müddəti təmin edəcək. Lakin bütün bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb. Apple-ın rəsmi təqdimatı olmadan tam dəqiq detallar məlum olmayacaq.