Close

Bu ixtisaslar sıradan çıxacaq - Onlar işsiz qalacaq

Süni intellektin inkişafı ilə bir çox peşənin tarixə qovuşacağı bildirilir.

Hansı peşələr risk altındadır?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki Azərbaycanda bu istiqamətdə müəyyən işlər aparılır.

Mərkəzinin direktoru qeyd edib ki, süni intellektin tətbiqi ilə bağlı bəzi peşələr artıq bu ildən başlayaraq, sıradan çıxacaq: “Xaricdə bu prosesin tətbiqinə bir neçə il öncə başlanılıb. Süni intellektin tətbiqi ilk olaraq çağrı mərkəzlərinin operatorlarına öz təsirini göstərəcək. Çünki süni intellektin səsləndirmə-cavablandırma texnologiyaları çox sürətlə inkişaf edir. Süni intellekt səsli sorğulara, telefon zənglərinə ətraflı cavab verə bilir”.

Fərid Kazımov vurğulayıb ki, süni intellekton inkişaf etmiş mərhələsindən biri də proqramlaşdırmadır: “Proqram təminatında səviyyələr var. Bunlar başlanğıc, orta, üst səviyyədir. Süni intellekt proqram təminatı üzrə başlanğıc və orta səviyyədəki müəyyən işləri görməyi bacarır. Yəni bu iki səviyyə üzrə işciyə ehtiyac qalmır. Süni intellekt yaxın illər ərzində kiçik və orta səviyyəli proqramçıları aradan çıxaracaq.

İndi elə proqram təminatı var ki, insanların anlayışı olmadan belə, bu sistem vastəsi ilə öz saytlarını, avtomobil tətbiqini yarada bilərlər. Bütün bunların hamısı süni intellekt üzərində qurulub.

Süni intellekt video, foto kontentin yaradılması üçün çox geniş istifadə olunur. Artıq göründüyü kimi, müəyyən peşələr yavaş-yavaş sıradan çıxmaqadır. Gənclər ixtisas seçərkən 15-20 il öncəyə baxmırlar. Abutiriyentlər fikirləşmirlər ki, 20 ildən sonra artıq o ixtisaslar lazım olmayacaq”.

Ayşən Azadova