Qərar verildi: “TikTok” qadağan edilir
ABŞ -də “TikTok”un qadağan edilməsi ilə bağlı qanun təsdiqlənib.
TNS xarici mediaya istinadən xəbər verir ki, üç hakimdən ibarət Apellyasiya Məhkəməsi heyəti qanunun lehinə səs verib.
Məhkəmə heyəti “TikTok”un qadağan olunmasının Amerika Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ABŞ-nin “açıq internet” siyasətinə zidd olduğu iddiasına qarşı çıxıb və bildirib ki, hökumət ifadə azadlığını xarici düşməndən qorumağa və bu düşmənin insanlar haqqında məlumat toplamaq qabiliyyətini məhdudlaşdırmağa çalışır.
Qərarda “TikTok”un qanunun qüvvəyə minəcəyi 19 yanvar 2025-ci il tarixinə kimi ləğv edilməsinin lazım olduğu, əks halda Prezident Co Baydenin tətbiqin istifadəsinin 90 gün uzadılmasına icazə verə biləcəyi xatırladılıb.