Close

23:03
05 Noyabr 2024

iPhone 16 Pro və Pro Max istifadəçiləri narazıdırlar

iPhone 16 Pro və 16 Pro Max istifadəçiləri eyni modellərdə fərqli ekran keyfiyyətindən şikayətlənirlər.

TNS xəbər verir ki, bu barədə “Mobiltelefon” portalı məlumat yayıb.

Yeni iPhone 16 Pro və 16 Pro Max modellərinin sahibləri ağ balansında fərqləri, tutqun ekran qoruyucularını xatırladan dənəli təsvirləri, həmçinin ekrana bucaq altında baxarkən çəhrayı və yaşıl rəngləri qeyd edirlər.

Əksər hallarda Apple bu qurğular üçün zəmanətin dəyişdirilməsindən imtina edir, lakin bir Best Buy əməkdaşı qeyd edib ki, iPhone 16-ların ilk partiyasının əksəriyyəti LG ekranları ilə gəlib, lakin sonradan onlar Samsung ekranları olan partiyalarla tamamlanıb.

“Mobiltelefon”un qeyd edib ki, iPhone 12 sahibləri də 2020-ci ildə oxşar problemdən şikayətləniblər. Onlar Apple smartfonlarında istifadə edilən Samsung və LG displeylərinin keyfiyyət fərqindən razı qalmayıblar.