Close

19:54
05 Oktyabr 2024

Kibercinayətkarları hansı cəzalar gözləyir?

Son illərdə kibercinayətkarlıq ayrı-ayrı şəxslər, iri korporasiyalar, hətta dövlətlər üçün ciddi problemə çevrilib.

Ölkəmizdə kibercinayətlər üçün hansı cəzalar nəzərdə tutulub?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Emil Aslanov TNS-in bu barədə sualına cavab olaraq bildirib ki, qanunvericilikdə kompüter sisteminə və məlumatlarına qanunsuz müdaxilə əməllərinə görə, 2 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub: “Kompüter sisteminə və məlumatlarına qanunsuz müdaxilə, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompüter məlumatlarının saxtalaşdırılması və s. cinayət məsuliyyəti yaradır. Kompüter sisteminə qanunsuz daxil olma əməlinə 2 ilədək müddətə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2000 manatdan 4000 manatadək cərimə və yaxud 2 ilədək müddətə azadlıqdam məhrum etmək cəzası nəzərdə tutulur. Bundan başqa, əməllər təkrar ya da qabaqcadan əlbir olan bir qrup, mütəşəkkil dəstə, cinayətkar birlik, vəzifəli şəxs tərəfindən törədildikdə cəzalar ağırlaşır. Eyni zamanda öz quldur mövqeyindən istifadə etməklə törədilkdikdə də belə olur. Bu hallarda şəxs 3 ilədək müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etdilməklə 4000 manatdan 6000 manata qədər cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır”.

Ayşən Azadova