Close

19:54
05 Oktyabr 2024

"Whatsapp"dan yenilik

"Whatsapp"da vaxtınıza qənaət etməyə kömək edəcək yeni funksiya olacaq.

TNS xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Android cihazlarına gələcək yeniləmədə “hamısını oxu” düyməsinin görünəcəyi bildirilir. Funksiya ekranın yuxarı sağ küncündə üç nöqtə ilə göstərilən menyuda mövcud olacaq.

Funksiyanın çox sayda qrup çatlarında iştirak edənlər üçün faydalı olacağı gözlənilir.

“Bu xüsusiyyət olmadan söhbətləri əl ilə oxumaq çox vaxt apara bilər”, - məlumatda qeyd edilib.

Elan edilmiş funksiya Android cihazları üçün "Whatsapp"ın qarşıdan gələn beta versiyasında əlçatan olacaq.