Məşhur şirkət kütləvi ixtisarlara hazırlaşır
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti xaricdəki bölmələrində çalışan işçilərinin 30%-ni ixtisar etməyi planlaşdırır.
TNS xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Mənbələrin məlumatına görə, şirkət dünya üzrə törəmə şirkətlərinə müvafiq göstərişlər verib. Xüsusilə, Samsung satış və marketinq departamentində kadrları 15%, inzibati personalı isə 30%-ə qədər azaltmağı planlaşdırır.
ABŞ, Avropa, Asiya və Afrikada işçilərin 2024-cü ilin sonuna qədər ixtisar ediləcəyi gözlənilir.
Şirkət bunu səmərəliliyin artırılması ilə izah edir.
Hansı ölkələrin və biznes vahidlərinin daha çox təsirə məruz qalacağı məlum deyil.