Close

Mask Marsa ilk uçuşun vaxtını açıqlayıb

“Starship” kosmik gəmisi planlaşdırılan missiyanın bir hissəsi olaraq iki ildən sonra Marsa gedəcək.

TNS xəbər verir ki, bu sözləri “SpaceX”in yaradıcısı, amerikalı milyarder İlon Mask deyib.

"Marsa enişin etibarlılığını yoxlamaq üçün ilk uçuş ekipajsız olacaq",- milyarder bildirib.

Onun fikrincə, nikbin proqnozlara görə, Qırmızı Planetə ilk insan uçuşu dörd ildən sonra baş tuta bilər.

"Bundan sonra uçuşların sayı artacaq və biz təxminən 20 il ərzində özümüzü təmin edən bir şəhər quracağıq",- Mask əlavə edib.