Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

"Chain Reaction Baku - 2024"də Türkiyəni "TriO Blockchain Labs" təmsil edəcək

Türkiyənin "Web3" və "blockchain" inkişaf laboratoriyalarından biri olan "TriO Blockchain Labs" sentyabrın 10-11-də Bakıda keçiriləcək "Chain Reaction Baku 2024" tədbirində iştirak edəcək.

TNS xəbər verir ki, tədbirdə Türkiyənin "Web3" ekosistemindəki yenilikçi layihələrini nümayiş etdirəcək şirkət bununla bağlı məlumat yayıb.
“Bu mühüm tədbirdə "TriO Blockchain Labs" Türkiyənin "blockchain" və "Web3" sahəsindəki liderliyini təmsil etməkdən qürur duyur. Tədbir müddətində inkişaf etdirdiyimiz layihələr, iş dünyasına təqdim etdiyimiz həllər və blockchain texnologiyasının gələcəyi ilə bağlı vizyonumuzu paylaşacağıq", - deyə, şirkət rəsmiləri bildirib.

Qeyd olunub ki, "TriO Blockchain Labs" olaraq "blockchain" texnologiyasının geniş tətbiq sahələrini, xüsusilə də tədarük zənciri idarəçiliyindən rəqəmsal kimlik həllərinə qədər olan yenilikçi layihələri tanıdacaq: "Tədbir boyunca stendimizdə iştirakçılara məlumat vermək, layihələrimizi ətraflı təqdim etmək və sektor iştirakçıları ilə əməkdaşlıqlar qurmaq üçün hazır olacağıq".

Qeyd edək ki, “TriO Blockchain Labs” yenilikçi “blockchain” həlləri inkişaf etdirən və “Web3” layihələrinə xüsusi xidmətlər təqdim edən bir texnologiya laboratoriyasıdır.