Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

"WhatsApp"da inqilabi yenilik: səslər sözə çevriləcək

Android istifadəçiləri üçün "WhatsApp"da daha bir funksiya əlavə olunub.

TNS xəbər verir ki, bu barədə “VABetaİnfo” məlumat yayıb.

Məlumata görə, yeni funksiya sayəsində "WhatsApp"da göndərilən səsli mesajları mətnə çevirmək mümkün olacaq.

Bu funksiya ən son beta versiyası 2.24.15.5-ə əlavə edilib və hazırda yalnız məhdud sayda istifadəçi üçün əlçatandır.

Yaxın gələcəkdə bu faydalı xüsusiyyət "WhatsApp"ın bütün versiyasında aktiv olacaq.