Close

Dünyada ən çox satılan smartfonların adları açıqlanıb

“iPhone 15”, “iPhone 13” və “Samsung Galaxy S23 FE” 2023-cü ilin dördüncü rübündə dünyada ən çox satılan smartfon modelləri olub.

TNS xəbər verir ki, bu barədə Çinin “Chaodian” analitik şirkətinin hesabatında bildirilib.

2023-cü ilin son üç ayında “Apple” 5,3 milyon “iPhone 15” və 2,4 milyon “iPhone 13” satıb. “Samsung Galaxy S23 FE” isə 2,2 milyon ədəd satılıb.

İlk beşliyə həmçinin müvafiq olaraq 1,9 milyon tirajla “iPhone 14” və 1,7 milyon tirajla “Galaxy S23” modelləri daxil edilib.