Close

“WhatsApp”dan yenilik - Bundan sonra...

“WhatsApp” tətbiqində media fayllarını sürətlə göndərmək üçün yeni funksiya yaradılıb.

TNS xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Mütəxəssislər “WhatsApp”ın foto və videolar kitabxanasına girişi sadələşdirdiyini bildiriblər.

Belə ki, istifadəçilər artıq əlavə addımlar atmadan çatda plus işarəsini tutaraq qalereyanı sürətlə aça bilərlər.

 Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan “WhatsApp” proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün foto kitabxananın tez açılması funksiyası əlçatandır.