Close

“WhatsApp” və “Instagram”dakı problem aradan qalxıb - YENİLƏNİB

“WhatsApp” və “Instagram”ın fəaliyyəti normallaşıb.

TNS xəbər verir ki, “WhatsApp” messenceri bəzi Avropa və Latın Amerikası ölkələrində, həmçinin Azərbaycanda bir müddət fəaliyyət göstərməyib.

“WhatsApp” messencerinin və “Instagram”ın sahibi olan “Meta” hələ ki, problemin səbəbi barədə şərh verməyib.

23:06

Bir neçə ölkədə “WhatsApp” və “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

TNS xəbər verir ki, problem Azərbaycanda da müşahidə edilir. “WhatsApp”da göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər yaşanır.

“Instagram”da isə paylaşımların yerləşdirilməsində çətinliklər mövcuddur.