Close

“Xiaomi” avtomobildən sonra geyim və aksesuar satmağa başladı- FOTO

“Xiaomi” şirkəti ilk elektrik avtomobili SU7-nin satışlarına başladıqlarını elan etdikdən sonra geyimlər və aksesuarlar istehsal edəcək yeni “Xiaomi Life” markasını da təqdim edib.

TNS xəbər verir ki, bu barədə “4pda” portalı məlumat yayıb.

Yeni brendin təqdimatı zamanı qiyməti 13 dollara olan idman köynəkləri, 27,50 dollara uzunqol köynəklər, 13-18 dollara papaqlar, 6,8-83 dollara qədər müxtəlif çantalar, 9.5 dollardan başlayan fincanlar alıcılara təklif olunub.

“Xiaomi Life” məhsulları şirkətin standart çeşidindən life sözünün əlavə olunduğu unikal ağ-qara loqo ilə fərqlənir. Hazırda “Xiaomi”nin yeni geyim və aksesuar markası eksklüziv olaraq Çin bazarında təmsil olunur və şirkət beynəlxalq genişlənmə planları ilə bağlı hələlik heç bir açıqlama verməyib.

as6yuz01L0c3gjve8OeJeZgsyQ03rBr

as6yqOsPnQ56wTWR8z2P5gM0VQYrW9riz0PhrZ