"TikTok"da ən çox izləyicisi olan 10 hesab- Siyahıda türk də var - FOTO

Video paylaşımına əsaslanan sosial media platforması “TikTok” 2017-ci ildən həyatımıza daxil olub, lakin onun populyarlığı 2019-cu ildə daha da artıb və 2020-ci ildə pandemiya zamanı zirvəyə çatıb. Bəs, videoların milyonlarla dəfə baxıldığı “TikTok”da ən çox hansı adlar izlənilir?
TNS xəbər verir ki, “TikTok” bu il də ən çox izləyicisi olan 10 hesabı açıqlayıb. Siyahıda Türkiyədən də bir ad var.
Khaby Lame (İtaliya): 161,8 milyon
Çarli D'Amelio (ABŞ): 152,6 milyon
Bella Poarch (ABŞ): 93,9 milyon
MrBeast (ABŞ): 93,7 milyon
Addison Rae (ABŞ): 88,6 milyon
Zak Kinq (ABŞ): 81,3 milyon
Kimberli Loaiza (Meksika): 80,9 milyon
TikTok (Çin): 79,9 milyon
Burak CZN (Türkiyə): 74,9 milyon
The Rock (ABŞ): 74,3 milyon
Qeyd edək ki, Türkiyəli aşbaz Burak Özdemir ötən il də ən çox "TikTok" izləyicisi olan 10-luqda idi.