Close

“3+3” formatının növbəti görüşü bu il keçirilə bilər

3+3 formatında növbəti görüş bu il yenidən baş tuta bilər.

TNS xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali News.ru-ya deyib.

Diplomat bu formatı regiondakı problemlərin həlli üçün ən faydalı format adlandırıb və Gürcüstanın da iştirakına ümid etdiyini bildirib. 

İran səfiri 3+3 formatında əvvəlki görüşün ötən il Tehranda keçirildiyini və uğurlu olduğunu qeyd edib.

Cəlali digər dövlətlərin müdaxiləsinin vəziyyəti gərginləşdirdiyini və Cənubi Qafqazda eskalasiyanı gücləndirdiyini vurğulayıb.