Close

“WhatsApp”dan yeni funksiya - Gizli mesajlarınızı...

“WhatsApp” istifadəçiləri üçün yeni funksiya əlçatan olub. Gizli koddan istifadə etməklə söhbətləri qorumaq funksiyası WhatsApp messencerində mümkünləşib.

TNS xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Parolla qorunan müsajların digər yazışmalar siyahısında görünməyəcəyi bildirilir. Yeni messencer funksiyası haqqında məqaləsində deyilir: “Başqa şəxs gizli söhbətləri tapa və ya daxil ola bilməyəcək”.

Bundan əlavə, parol ilə gizlədilən söhbətlər məxfilik parametrləri menyusundan asanlıqla silinə bilər. Bu funksiya parolla qorunan gizli söhbətlərə daxil ola bilməyən istifadəçilər üçün faydalı olacaq.

Yeniləmə Android cihazlarında 2.23.24.20 messencer versiyasının bəzi istifadəçiləri üçün əlçatandır.