"Xiaomi"nin ilk avtomobili- FOTO

İnternetdə ilk "Xiaomi" avtomobilinin fotoları yayılıb.
TNS xəbər verir ki, “ITHome” portalının məlumatına görə, bu görüntülər sayəsində sedanın xarici və daxili görünüşü məlum olub.
Avtomobil dizayn detallarını gizlədən kamuflyaj plonyka ilə örtülüb. Eyni zamanda, fotoda sedanın alçaq və enli duruşla yanaşı, düşünülmüş aerodinamikaya malik olduğunu da görmək olar. İnteryerdə ənənəvi qapı tutacaqları yoxdur və əvəzinə düymələr var.
Fotolardan həmçinin görünür ki, "Xiaomi" avtomobil audiosu sahəsində tanınmış brendlərlə əməkdaşlıq etməyib, əksinə öz audio sistemindən istifadə etmək qərarına gəlib.
İlk "Xiaomi" avtomobili 2024-cü ildə buraxılmalıdır, bunu artıq "Xiaomi" prezidenti Liu Weibing təsdiqləyib. Analitiklərin fikrincə, ilk ildə şirkət 50-60 min avtomobil sata biləcək.