Close

“iPhone 16” belə olacaq - Yeni düymə

2024-cü ildə satışa çıxması gözlənilən “iPhone 16” yeni sensorlu düymə ilə təchiz olunacaq.

TNS xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.

Məlumata görə, yeni düymə cihazın uclarının birində yerləşdiriləcək və çox güman ki, proqramlaşdırıla biləcək.

Bununla belə, düymənin konkret məqsədi naməlum olaraq qalır, çünki o, artıq mövcud olan güc və səs düymələrinə əlavə olaraq yerləşdiriləcək.

Nəşrin digər mənbələrə istinadla verdiyi məlumata görə, yeni düymə gücə nəzarət düyməsinin yanında yerləşəcək və "Apple"in daxili sənədlərində “ələkeçirmə düyməsi” kimi xatırlanır.

Bundan başqa, millimetrlik 5G anteni də “iPhone 16”ya yerləşdiriləcək.

“iPhone 16” Pro, “iPhone 16” Pro Maks 48 meqapiksellik geniş bucaqlı obyektivlə təchiz olunacaq ki, bu da “iPhone" kameraları üçün təkamüldə yeni mərhələ olacaq.