Apple şirkəti bu məhsullarının təmirindən imtina etdi

Apple şirkəti 2015-ci ildə buraxılmış ilk “Apple Watch Series 0”nu təmir etməkdən imtina edib.
TNS xəbər verir ki, bu barədə MacRumors məlumat yayıb.
MacRumors-a görə, “Apple Watch Series 0” rəsmi olaraq 30 sentyabr 2023-cü ildə köhnəlib.
MacRumors qeyd edir ki, “Apple Watch Series 0” modelləri ilə yanaşı, səlahiyyətli xidmət mərkəzləri qızılı versiyanı da qəbul etməyi dayandıracaq. Bu modelin korpusu 18 karat qızıldan hazırlanıb. Buraxılış zamanı onlar 17 min dollara satılıb.
Apple, artıq satılmayandan yeddi il sonra cihazları köhnəlmiş kimi təyin edir. “Apple Watch Series 0” 2016-cı ildə “Apple Watch Series 1”in buraxılmasından sonra dayandırılıb.
Qeyd edək ki, Apple sosial şəbəkələrdə insanlara yardım göstərməyi də dayandırıb.