"X" tətbiqi silinə bilər - İlon Maska zərbə

"X" (əvvəlki adı Twitter) sosial şəbəkəsi istifadəçiləri "bloklamaq" imkanından məhrum edərsə, tətbiq qaydaları pozduğuna görə "App Store" və "Google Play" mağazalarından silinə bilər.
TNS xəbər verir ki, bu barədə "Rozekted" portalı məlumat yayıb.
Xatırladaq ki, İlon Mask istifadəçilərə digər insanları bloklamağa imkan verən “qara siyahı” funksiyasından imtina etmək niyyətindədir.
Maskın sözlərinə görə, istifadəçilər tezliklə "X"də digər insanları tamamilə bloklaya bilməyəcəklər. Bunun əvəzinə şəxsi mesajlara giriş məhdudlaşdırılacaq, istifadəçinin profili isə bloklanmış şəxslərə görünəcək. "X"in rəhbəri funksiyanın sosial şəbəkədən tam olaraq nə vaxt yox olacağını açıqlamayıb. O, həmçinin qeyd edib ki, qara siyahının heç bir mənası yoxdur.