Close

10:46
11 May 2025
10:30
11 May 2025

“WhatsApp”dakı problemlə bağlı rəsmi açıqlama - VİDEO

Azərbaycanda bir neçə "WhatsApp" istifadəçisinin hesabı bağlanıb.

TNS xəbər verir ki, vətəndaşlara başqa cihazlarda hesaba daxil olmaq üçün bildirişlər gəlsə də, 6 rəqəmli təsdiqləmə kodu gəlmir.

Buna görə də bəzi hallarda "WhatsApp" hesabları bağlanır və ya bloka düşür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətdə araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.

Həmçinin, vətəndaşlara "WhatsApp" mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir.

Təlimatla aşağıdakı videodan tanış olmaq mümkündür: