Close

"iPhone"un bu modellərini istifadə edənlərə kompensasiya ödənəcək

“Apple” iPhone istifadəçilərinə 500 milyon dollar ödəyəcək.

TNS xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.

Məhkəmələrin nəticələrinə görə, istifadəçilərin yeni modellər alması üçün şirkətin köhnə “iPhone”ları qəsdən yavaşlatdığı məlum olub.

iOS 10-un buraxılmasından bəri Apple köhnəlmiş batareyaların "həyatını" artırmaq üçün smartfonlarının məhsuldarlığını bilərəkdən aşağı qiymətləndirib. İstifadəçilər xəbərdar edilməyib. Razılaşma iPhone 6, 6 Plus, 6s, 6s Plus, 7, 7 Plus və iPhone SE-yə şamil edilir.

Zərərçəkmişlərin ümumi sayının 3 milyon olduğu bildirilir. Hər kəsə 65 dollar kompensasiya ödənilməsi nəzərdə tutulur.