“Samsung”un yeni planşeti- Hətta suda belə işləyir - VİDEO

“Samsung Electronics” yeni “Galaxy Tab S9 Ultra” planşetini təqdim edib.
TNS xəbər verir ki, bu planşetin əsas xüsusiyyəti suyun içində belə işləməsidir.
“Galaxy Tab S9 Ultra “hər yerdə iş” şüarını tamamilə yeni səviyyəyə qaldırıb. IP68 qoruyucu standartı sayəsində planşet suya, toza və hətta sərt xarici elementlərə davamlıdır”,- şirkətin açıqlamasında bildirilir.
Qeyd olunur ki, suya batırılan zaman Galaxy Tab S9 Ultra gecikmədən videoları oynada və qələmlə yazılmış mətnləri göstərə bilir. Möhkəm quruluşu və rahat daşınıla bilmə özəlliyinə görə planşeti düşərgə və təbiət gəzintilərinə aparmaq olar.