Close

10:46
11 May 2025
10:30
11 May 2025

"Twitter"in rəqibinin veb versiyası tezliklə işə salınacaq

"X"ə (keçmiş "Twitter") rəqib olan "Threads" sosial şəbəkəsi yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb versiyasını işə salacaq.

TNS xəbər verir ki, bu barədə "Meta" şirkətinin rəhbəri Mark Zukerberq bildirib.

"Axtarış və veb versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq", - Zukerberq qeyd edib.

"Threads" proqramı iyulun 5-də meydana çıxıb. Yeni sosial şəbəkənin abunəçilərinin sayı istifadəyə verildiyi andan 30 milyona çatıb.