Telefonunuza su dolarsa nə etməli? - Üç asan yol

Mobil telefonlarla ehtiyatsız davranmaq bir sıra problemlərə səbəb ola bilər. Yemək yeyərkən, çimərkən və ya qabları yuyarkən cihazı istifadə etmək xüsusilə təhlükəlidir, çünki su təsadüfən telefonun içərisinə daxil ola bilər. Belə hallarda telefon işləməyi dayandıra bilər.
Bəzi hallarda, xidmətlə əlaqə saxlamaq mümkün olmadıqda problemi özünüz həll edə bilərsiniz.
TNS xəbər verir ki, bu zaman istifadə edə biləcəyiniz üç yol var:
1.Mümkünsə, smartfonun SİM kartını və batareyasını çıxarın. Sonra cihazı quru bir dəsmala bükün və tam qurumasına icazə verin.
2. Quru düyü götürün və bir konteynerə qoyun. Smartfonu zərifcə üzəri tam örtülənə qədər düyünün içərisinə yeləşdirin.
3. Smartfonlardan nəmi çıxarmaq üçün nəzərdə tutulmuş xüsusi proqramlardan da istifadə edə bilərsiniz. Onları proqram mağazalarında tapmaq olar. Bu proqramlar suyu cihazdan itələyən vibrasiya yaradaraq səslər çıxarır.
Qeyd etmək lazımdır ki, bu məsləhətlərdən heç biri vəziyyəti düzəltməzsə, mütləq usta ilə əlaqə saxlamalısınız.