168 saat: Daha bir mötəbər tədbir, Almaniya Prezidentindən geri addım, ən zənginlərin yeni siyahısı...

Bu ilin aprel ayının ilk həftəsi başa çatdı.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (31 mart - 6 aprel) önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik ediblər.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Hindistanın Baş naziri Narendra Modi, Mərakeşin Kralı VI Məhəmməd, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah, Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Tunis Respublikasının Prezidenti Kays Sayid, Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko, Rusiyada fəaliyyət göstərən İslam Biznesi Beynəlxalq Assambleyasının prezidenti Marat Kabayev, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Qambiya Prezidenti Adama Barrou, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Azərbaycan liderinə Ramazan bayramı münasibətilə təbrik ünvanlayıblar.
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub. Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.
Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncamlar imzalayıb.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi keçirilib.
Prezident İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib.
Dövlət başçıları mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Birinci vitse-prezident Mehriban Əliyevanın Almaniya Federativ Respublikasının birinci xanımı Elke Büdenbender ilə görüşü olub.
Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.
Dövlət başçısı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Seneqal Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.
Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında da Sərəncam verib.
"Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
Ölkəmizdə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir.
Ermənistan silahlı qüvvələrinin təxribatları ötən həftə də davam edib. Qarşı tərəf pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib, bir neçə dəfə atəşkəsi pozub.
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında iştirak və çıxış edib.
Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Maliyyə hesabatını təqdim etməyən tək qurum Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı tədbirdə keçirilib. DTX rəisi general-polkovnik Əli Nağıyev çıxışında xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb. Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.
Ötən həftə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib. Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölkədə boykot çağırışlarına münasibət bildirib. Ərdoğan deyib ki, boykot çağırışları effekt verməyib: “Tam əksinə, həmin gün alış-veriş mərkəzləri daha hərəkətli olub. Deməli, bu ölkənin əleyhinə kampaniya aparanları mənim millətim əfv etmir”.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, bir çox ölkələr üçün müxtəlif faiz dərəcələri ilə yeni rusumlar tətbiq edib. Siyahıda 60 ölkə olsa da, Rusiya, Şimali Koreya və Belarus kimi ölkələr yer almayıb.
“Forbes” jurnalının növbəti reytinqi açıqlanıb. ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask dünyanın ən zəngin milyarderləri siyahısına başçılıq edir. Onun sərvəti 342 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yeri sərvəti 216 milyard dollar olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq tutub. Üçüncü yerdə 215 milyard dollarlıq sərvətlə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb.