Close

23:40
01 Aprel 2025

168 saat: Sarıcalıya köç, ermənilərin növbəti təxribatı, dünyanı qorxuya salan zəlzələlər…

Mart ayının sonuncu həftəsi başa çatdı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftə (24-30 mart) Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.

Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl - Mənfi, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik ediblər.

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

Azərbycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər, kənd sakinləri ilə söhbət ediblər.

saricali111

Prezident və xanımı Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.

susa2

susa1

Dövlət başçısının sosial şəbəkə hesablarında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Ağdamın Sarıcalı kəndinə, Şuşaya səfərindən görüntülər paylaşılıb.

saricali-paylasim

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan Prezidenti Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib, onun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı Şəfiqə Məmmədovanı qəbul edərək, ona “İstiqlal” ordenini təqdim edib.

sm-orden

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. İki qardaş ölkənin liderləri arasında telefon danışığı olub.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik ediblər.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik ünvanlayıb.

Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz və ya Ramazan bayramları münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım ediblər.

ramazan

ramazan1

Ermənistan silahlı qüvvələri təxribatlara ara vermir. Ötən həftə ermənilər pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd ediblər. Bölmələrimizin sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları  istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri yenə də Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdiriblər. Aİ müşahidəçiləri növbəti dəfə Qubadlı və Laçın rayonları ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olub. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.

Ötən həftə Bakının Yasamal rayonunda söküntü işləri zamanı vətəndaşın evi dağıdılıb. Bu işlə əlaqədar “Melissa Group”un rəhbəri Qalib Məmmədov və şirkətin bir neçə əməkdaşı saxlanılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara bir daha xəbərdarlıq edib. Prezident bildirib ki, terrorçular Türkiyənin çağırışına qeyd-şərtsiz əməl etməlidirlər: “Rəsmi Ankara “terrorsuz Türkiyə” hədəfi istiqamətində işlərini davam etdirir. Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Bu məsələdə qeyri-məhdud vaxta və sonsuz səbrə malik deyilik”.

Suriyada müvəqqəti hökumət qurulub. Prezident Əhməd əş-Şaraa ölkənin yeni hökumətinin tərkibini açıqlayıb və onu "dəyişikliklər hökuməti" adlandırıb.

Həftə ərzində dünyanın müxtəlif ölkələrində güclü zəlzələlər qeydə alınıb. Myanmada ard-arda baş verən 7,7, 8,2 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb, minlərlə insan yaralanıb. Həmçinin yüzlərlə insan itkin düşüb.

Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub.

Tailandın paytaxtı Banqkokda da güclü zəlzələ olub. Nəticədə 20 nəfər ölüb.